AVRASİYA ASSOSİASİYASI

Qarşıya qoyulan məqsədə çatmaq üçün həkim-revmatoloqların həmrəyliyi vacib sayılır. Revmatoloqların I Avrasiya Konqresinin kulminasiya zirvəsi MDB ölkələrinin baş revmatoloqlarından ibarət  e k s p e r t  ş u r a s ı n ı n   yaradılması olmuşdur. Ekspertlər təşkilatı məsələlərin həllindən sonra Revmatik xəstəliklərin müalicəsi və profilaktikası haqqında gələcək birgə planları müzakirə etdilər.

Ekspert  şurasının iclasında 9 MDB ölkəsinin – Qazaxıstan, Rusiya, Ukrayna, Belarus, Azərbaycan, Gürcüstan, Özbəkistan, Qırğızıstan və Moldova baş revmatoloqlarından ibarət Revmatoloqların Avrasiya Liqası (RAAL) yaradılması haqqında gərar qəbul edildi. RAAL-ın birinci  prezidenti Qazaxıstan Respublikasının Səhiyyə Nazirliyinin baş revmatoloqu, Oynaq Xəstəlikləri  İnstitutunun baş direktoru, t.e.d. Q.A.Togizbayev, vitse-prezidenti isə RTEA – nın Elmi Tədqiqat  Revmatologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, Erkən Artritlər şöbəsinin rəhbəri, t.e.d.  D.E.Karateev seçildi.

T.e.d., professor N.Hüseynov Azərbaycanda revmatoloji xidmətin vəziyyəti barəsində ətraflı çıxış etdi.

Revmatologiya

 

Revmatologiya - təbabətin dayaq-hərəkət aparatı, yəni sümük-oynaq-əzələ-bağ sistemi və onurqa sütunu xəstəliklərini öyrənən bir elm sahəsidir.Bu qrup xəstəliklər “Revmatik Xəstəliklər (RX)” adlanır. Hal-hazırda 100-dən artıq mövcud olan RX-müalicəsi məhz həkim-revmatoloqun kompitensiyasına aiddir. Bundan əlavə, revmatologiya dayaq-hərəkət aparatı ilə birgə, daxili orqanların zədələnməsi zamanı  “Sistem xəstəliklərinin” öyrənilməsi ilə də birbaşa əlaqədardır.

Bel ağrıları, hava dəyişməsi ilə əlaqədar olaraq  ”sızıldayan” oynaqlar-bütün bunlar heç də düşündüyümüz kimi sadə bir əlamət deyil. Bunlar ciddi xəstəliyin ilkin əlamətləri ola bilər. Əgər vaxında məqsədyönlü müalicə aparılmasa, xəstəliyin sonu 70% hallarda əlilliyə gətirib çıxara bilər.

RX- əsas kardinal əlamətləri oynaqlarda ağrı (dünya əhalisinin 40% -ində olur),Yerli temperature, şişkinlik, hərəkət məhdudluğu, əl və ayaq barmaqlarında deformasiya, defiqurasiya əlamətləri ilə özünü göstərir. Xəstə əksər hallarda sadə hərəkətlər (sərbəst olaraq oturmaq, durmaq, yataqdan qalxmaq, hərəkət etmək və s.) edə bilmir. Həyat-tərzinin pozulması ilə əlaqədar olaraq xəstənin psixi durumunda dəyişikliklər baş verir.

Revmatoloqun məsləhətinə və köməyinə ehtiyacı olan cavan və yaşlı xəstələrin sayı hər il durmadan artır.

Xəstəliyin ilk sinptomları əmələ gəldikdə təcili olaraq həkim-revmatoloqa müraciət etmək lazımdır ki, xəstəliyin ağırlaşmasının qarşısı vaxtında alınsın və düzgün müalicə təyin olunsun.

Profilaktik məqsədlə də revmatoloqa müraciət etmək olar, əgər Sizdə tez-tez angina və virus infeksiyası olursa və ya ailə üzvlərinizdə Revmatoidli Artrit, Artroz, Ankilozedici Spondiloartrit (Bexterev xəstəliyi), Qırmızı Qurd Eşənəyi, Sistemli Sklerodermiya, Sistemli Vaskulit kimi xəstəliklərdən hər hansı biri varsa.

Əğər, sizdə uzun müddət davam edən  “səbəbsiz” hərarət sindromu, arıqlama varsa, o zaman “Sistem xəstəliklərini” inkar etmək üçün həkimlər Sizi revmatoloqa göndərə bilər.

Bundan əlavə, Osteoartroz Osteoporoz kimi xəstəliklərin müalicəsi də həkim-revmatoloqun kompetensiyasına aiddir. Bu xəstəliklər demək olar ki, bütün yaşlı insanlarda və 60-yaşdan yuxarı bütün adamlarda (kişi, qadın) rast gəlinir və onlara Densitometriya müayinəsindən keçmək və qanın müayinəsində müəyyən markerlərin təyini məsləhət görülür. Eyni zamanda, oynaqlarda degenerativ-distrofik proseslərin sürətli  inkişafının və sümüklərin sınma ehtimalının yüksək riskinin qarşısını almaq üçün, hərəkət gigiyenası qaydalarını öyrənmək üçün revmatoloqun tövsiyələrinə riayət edilməlidir.

Revmatik xəstəliklər ilkin mərhələdə passif gedişli olduğuna görə, özünü zəif formada biruzə verir. Ona görə xəstəliyin inkişaf etməsinin və xroniki formaya keçməsinin qarşısını almaq üçün simptomlara ciddi yanaşmaq lazımdır.

Revmatoloqun nəzarəti və müşahidəsi, immun statusun hərtərəfli müayinəsi, xəstəliyin ilkin dövründə düzgün müalicəsi, oynaq və birləşdirici toxumanın xəstəlikləri olan xəstələrin iş qabiliyyətini uzun müddət saxlamasına köməklik edir.

Revmatoloji xəstələrin müalicəsi mürəkkəb və uzun müddətli olur ki, bu da xəstələrdən intizamlı və səbirli olmağı tələb edir. Revmatologiyada hər hansı bir səbəbdən asılı olmayaraq (soyuqdəymə, travma, infeksiya) müalicəyə xüsusi yanaşma tələb olunur və revmatoloji xəstələr üçün həkim-revmatoloq №1 sayılır.

Həkim-revmatoloq hər xəstəyə individual müalicə sxemi təyin edir (müalicəvi-profilaktik tədbirlər, oynaqdaxili inyeksiyalar).

Mütəxəssis müalicə planını hazırlayanda xəstənin yaşını, individual xüsusiyyətlərini, xəstəliyin dərəcəsini və yanaşı gedən xəstəlikləri və s. nəzərə alır.

Revmatik xəstəliklərə qarşı oynaqlar daha kəskin reaksiya verir və nəticədə xəstə narahatçılıq hissi keçirir. Adətən, belə hallarda xəstə revmatoloqa müraciət etməyə tələsmir və nəticədə xəstəlik tədricən pisləşərək xroniki və ağır formaya keçir.

Bir çox hallarda, xəstəlik əlilliyə gətirib çıxarır ki, belə hallarda Sizin xəstəlikdən azad olunmağınız və ağırlaşmaların qarşısını almaq, eləcə də Sizin işgüzarlığınızı təmin etmək və oynaqların normal funksiyasını bərpa etmək revmatoloqun kompetensiyasına aiddir. Vaxtında revmatoloqa müraciət edin ki, xəstəlik sizi əlilliyə düçar etməsin.

Revmatoloqa nə vaxt müraciət etmək lazımdır?

ƏGƏR:

  • Sakitlik və hərəkət zamanı oynaqlarda və onurqa sütununda daimi ağrılar varsa;
  • Səhər yataqdan duranda bütün bədəninizdə və ya ayrı-ayrı oynaqlarda əzginlik hissi varsa;
  • Əl və ayaq barmaqlarında ağrı və şişkinlik əlamətləri varsa;
  • Periferik oynaqlarda və onurğa sütununda ağrı, hərəkət məhdudluğu və diskomfort hissi varsa, d e m ə l i ,

Sizin revmatologun məsləhətinə ehtiyacınız vardır!

Bu zaman AYAN KLİNİKASINA müraciət edin!

 

N.Hüseynov

Nadir İsmayıl oğlu Hüseynov

Revmatoloq, tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin professoru,

“AYAN” klinikasının baş həkimi,  “SETAL-Revmatik Xəstəliyə Tutulmuş Gənclərə Kömək”  İ.B. rəhbəri

  • Tel.(012) 465-9445 ;(050) 461-9445
  • This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it. This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

1953-cü ildə anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Əmək fəaliyyətinə tələbəlik illərindən-1975-ci ildən başlayıb. 1978-1981-ci illərdə Bakı şəhər Təcili-Tibbi yardım stansiyasında həkim və böyük-həkim vəzifələrində çalışmışdır.

1979-1980-ci illərdə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun nəzdində “iki illik kursun” ingilis bölməsini bitirib. Alimin Moskva həyatı 1981-1991-ci illəri əhatə edir. Moskva şəhərində SSRİ Tibb Elmləri Akademiyasının Elmi-Tədqiqat Revmatologiya İnstitutunun direktoru, dünya  şöhrətli alim, akademik V.A.Nasonovanın (Alimin ölümündən sonra adını əbədiləşdirmək üçün, ET-Revmatologiya İnstitutuna onun adı verilmişdir.) rəhbərliyi altında revmatologiya üzrə aspirantura və doktorantura keçərək 1985-ci ildə həmin institutda namizədlik, 1990-cı ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir.

1986-2000-ci illərdə N.Hüseynov Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Reabilitasiya İnstitutunda elmi işçi kimi çalışaraq, 1991-ci ildə özünün təşəbbüskarlığı və elmi şuranın 9277 saylı qərarı ilə Azərbaycanda ilk ixtisaslaşdırılmış “ARTROLOJİ” şöbə yaradır və şöbənin rəhbəri vəzifəsinə seçilir. Şöbədə aparılan bütün elmi-tədqiqat işlərinə rəhbərlik edir.

1996-cə ildən hal-hazırkı vaxta qədər Azərbaycan Tibb Universitetinin fizioterapiya kafedrasının professoru vəzifəsində elmi-pedaqoji fəaliyyətini davam etdirir. 100-dən artıq elmi məqalə, elmi-metodik tövsiyyənin müəllifidir.

N.Hüseynov elmi-pedaqoji fəaliyyəti dövründə bir sıra yeni steroidli və qeyri-steroidli, xondroprotektor, antirevmatik preparatları, immun preparatları və polienzim preparatları klinik sınaqdan keçirmiş, onların təsir mexanizmini və müalicəvi üstünlüklərinin fərqini öyrənmişdir. Alınmış nəticələrə görə yeni dərman preparatlarının təbabətdə tətbiqinə dair həsr olunmuş müxtəlif Simpozium və Konfranslarda məqalə ilə çıxış etmişdir.

“Neft və qaz sənayesində çalışan işçilərin sağlamlığının qorunması dövlət proqramının” həyata keçirilməsi məqsədi ilə, Nadir Hüseynov 2000-ci ildə ixtisaslaşdırılmış “Revmatologiya və Endokrinologiya” şöbəsinin rəhbəri kimi, Mərkəzi Neftçilər Xəstəxanasına dəvət olunur və 10 il müddətində yorulmadan orada çalışaraq, göstərdiyi xüsusi xidmətlərə görə 2008-ci ildə Azərbaycan Respublikası Dövlət Neft şirkətinin fəxri fərmanı ilə təltif olunur.

N.Hüseynov Rusiya Revmatoloqlar Assosiasiyasının idarə heyətinin üzvü, Avrasiya Revmatoloqlar Cəmiyyətinin üzvü, Avropa Enzimoterapevtlər Liqasının reqional təmsilçisidir.

Nadir Hüseynov sistematik olaraq Beynəlxalq aləmdə (MBD, Amerika və Avropa dövlətləri) keçirilən Beynəlxalq Konqreslərdə və elmi forumlarda iştirak edir və elmi məqalələrlə çıxış edir.

2004-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində “SETAL-Revmatik Xəstəliyə Tutulmuş Gənclərə Kömək”  İctimai Birliyini yaradaraq ona rəhbərlik edir və bu qrup xəstə gənclərə kömək əlini uzadır.

N.Hüseynov 2011-ci ildə “AYAN” MMC təsis edərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 071264 saylı lisenziyası əsasında özəl Revmatoloji klinika yaradaraq, əhaliyə istisaslaşdırılmış Revmatoloji tibbi xidmət göstərir.

Ə T R A F L I :


 

Features

Some features of Aldebaran:

  • HTML 5 and CSS 3
  • Based on the Gantry Framework
  • Clean, semantic and valid Code*
  • Quickstart included
  • jQuery enhancements
  • IPhone/IPod and Android theme
  • 12 column 960 Grid system, which provides incredible layout flexibility
  • Over 75 available positions
  • Mega Menu
  • Styling for Joomla default elements
  • Login Popup
  • Google Webfonts
  • Easy Customization of presets (and creation of new ones)

*The template code is valid but some pages may not validate because the Joomla editor adds obsolete properties like border="0" to some elements.

Gallery

This is an example gallery. The images are taken from a specified folder and thumbnails are automatically made to fit the width set in the parameters.

Since the gallery is built by a plugin you can add different galleries to a page and include galleries in articles.

Subcategories