Revmatologiya - təbabətin dayaq-hərəkət aparatı, yəni sümük-oynaq-əzələ-bağ sistemi və onurqa sütunu xəstəliklərini öyrənən bir elm sahəsidir.Bu qrup xəstəliklər “Revmatik Xəstəliklər (RX)” adlanır. Hal-hazırda 100-dən artıq mövcud olan RX-müalicəsi məhz həkim-revmatoloqun kompitensiyasına aiddir. Bundan əlavə, revmatologiya dayaq-hərəkət aparatı ilə birgə, daxili orqanların zədələnməsi zamanı  “Sistem xəstəliklərinin” öyrənilməsi ilə də birbaşa əlaqədardır.

Bel ağrıları, hava dəyişməsi ilə əlaqədar olaraq  ”sızıldayan” oynaqlar-bütün bunlar heç də düşündüyümüz kimi sadə bir əlamət deyil. Bunlar ciddi xəstəliyin ilkin əlamətləri ola bilər. Əgər vaxında məqsədyönlü müalicə aparılmasa, xəstəliyin sonu 70% hallarda əlilliyə gətirib çıxara bilər.

RX- əsas kardinal əlamətləri oynaqlarda ağrı (dünya əhalisinin 40% -ində olur),Yerli temperature, şişkinlik, hərəkət məhdudluğu, əl və ayaq barmaqlarında deformasiya, defiqurasiya əlamətləri ilə özünü göstərir. Xəstə əksər hallarda sadə hərəkətlər (sərbəst olaraq oturmaq, durmaq, yataqdan qalxmaq, hərəkət etmək və s.) edə bilmir. Həyat-tərzinin pozulması ilə əlaqədar olaraq xəstənin psixi durumunda dəyişikliklər baş verir.

Revmatoloqun məsləhətinə və köməyinə ehtiyacı olan cavan və yaşlı xəstələrin sayı hər il durmadan artır.

Xəstəliyin ilk sinptomları əmələ gəldikdə təcili olaraq həkim-revmatoloqa müraciət etmək lazımdır ki, xəstəliyin ağırlaşmasının qarşısı vaxtında alınsın və düzgün müalicə təyin olunsun.

Profilaktik məqsədlə də revmatoloqa müraciət etmək olar, əgər Sizdə tez-tez angina və virus infeksiyası olursa və ya ailə üzvlərinizdə Revmatoidli Artrit, Artroz, Ankilozedici Spondiloartrit (Bexterev xəstəliyi), Qırmızı Qurd Eşənəyi, Sistemli Sklerodermiya, Sistemli Vaskulit kimi xəstəliklərdən hər hansı biri varsa.

Əğər, sizdə uzun müddət davam edən  “səbəbsiz” hərarət sindromu, arıqlama varsa, o zaman “Sistem xəstəliklərini” inkar etmək üçün həkimlər Sizi revmatoloqa göndərə bilər.

Bundan əlavə, Osteoartroz Osteoporoz kimi xəstəliklərin müalicəsi də həkim-revmatoloqun kompetensiyasına aiddir. Bu xəstəliklər demək olar ki, bütün yaşlı insanlarda və 60-yaşdan yuxarı bütün adamlarda (kişi, qadın) rast gəlinir və onlara Densitometriya müayinəsindən keçmək və qanın müayinəsində müəyyən markerlərin təyini məsləhət görülür. Eyni zamanda, oynaqlarda degenerativ-distrofik proseslərin sürətli  inkişafının və sümüklərin sınma ehtimalının yüksək riskinin qarşısını almaq üçün, hərəkət gigiyenası qaydalarını öyrənmək üçün revmatoloqun tövsiyələrinə riayət edilməlidir.

Revmatik xəstəliklər ilkin mərhələdə passif gedişli olduğuna görə, özünü zəif formada biruzə verir. Ona görə xəstəliyin inkişaf etməsinin və xroniki formaya keçməsinin qarşısını almaq üçün simptomlara ciddi yanaşmaq lazımdır.

Revmatoloqun nəzarəti və müşahidəsi, immun statusun hərtərəfli müayinəsi, xəstəliyin ilkin dövründə düzgün müalicəsi, oynaq və birləşdirici toxumanın xəstəlikləri olan xəstələrin iş qabiliyyətini uzun müddət saxlamasına köməklik edir.

Revmatoloji xəstələrin müalicəsi mürəkkəb və uzun müddətli olur ki, bu da xəstələrdən intizamlı və səbirli olmağı tələb edir. Revmatologiyada hər hansı bir səbəbdən asılı olmayaraq (soyuqdəymə, travma, infeksiya) müalicəyə xüsusi yanaşma tələb olunur və revmatoloji xəstələr üçün həkim-revmatoloq №1 sayılır.

Həkim-revmatoloq hər xəstəyə individual müalicə sxemi təyin edir (müalicəvi-profilaktik tədbirlər, oynaqdaxili inyeksiyalar).

Mütəxəssis müalicə planını hazırlayanda xəstənin yaşını, individual xüsusiyyətlərini, xəstəliyin dərəcəsini və yanaşı gedən xəstəlikləri və s. nəzərə alır.

Revmatik xəstəliklərə qarşı oynaqlar daha kəskin reaksiya verir və nəticədə xəstə narahatçılıq hissi keçirir. Adətən, belə hallarda xəstə revmatoloqa müraciət etməyə tələsmir və nəticədə xəstəlik tədricən pisləşərək xroniki və ağır formaya keçir.

Bir çox hallarda, xəstəlik əlilliyə gətirib çıxarır ki, belə hallarda Sizin xəstəlikdən azad olunmağınız və ağırlaşmaların qarşısını almaq, eləcə də Sizin işgüzarlığınızı təmin etmək və oynaqların normal funksiyasını bərpa etmək revmatoloqun kompetensiyasına aiddir. Vaxtında revmatoloqa müraciət edin ki, xəstəlik sizi əlilliyə düçar etməsin.

Revmatoloqa nə vaxt müraciət etmək lazımdır?

ƏGƏR:

  • Sakitlik və hərəkət zamanı oynaqlarda və onurqa sütununda daimi ağrılar varsa;
  • Səhər yataqdan duranda bütün bədəninizdə və ya ayrı-ayrı oynaqlarda əzginlik hissi varsa;
  • Əl və ayaq barmaqlarında ağrı və şişkinlik əlamətləri varsa;
  • Periferik oynaqlarda və onurğa sütununda ağrı, hərəkət məhdudluğu və diskomfort hissi varsa, d e m ə l i ,

Sizin revmatologun məsləhətinə ehtiyacınız vardır!

Bu zaman AYAN KLİNİKASINA müraciət edin!