Profilaktik məqsədlə də revmatoloqa müraciət etmək olar, əgər Sizdə tez-tez angina və virus infeksiyası olursa və ya ailə üzvlərinizdə revmatoidli artrit, ankilozedici spondiloartrit (Bexterev xəstəliyi), qırmızı qurd eşənəyi, sistemli sklerodermiya, sistemli vaskulit kimi xəstəliklərdən hər hansı biri varsa.

Əğər Sizdə uzun müddət davam edən  “səbəbsiz” hərarət sindromu, arıqlama varsa, o zaman “Sistem xəstəliklərini” inkar etmək üçün həkimlər Sizi revmatoloqa göndərə bilər.

Bundan əlavə, Osteoartroz Oosteoporoz kimi xəstəliklərin müalicəsi də həkim-revmatoloqun kompetensiyasına aiddir. Bu xəstəliklər demək olar ki, bütün yaşlı insanlarda və 60-yaşdan yuxarı bütün adamlarda (kişi, qadın) rast gəlinir və onlara Densitometriya müayinəsindən keçmək və qanın müayinəsində müəyyən markerlərin təyini məsləhət görülür. Eyni zamanda, oynaqlarda degenerativ-distrofik proseslərin sürətli  inkişafının və sümüklərin sınma ehtimalının yüksək riskinin qarşısını almaq üçün, hərəkət gigiyenası qaydalarını öyrənmək üçün maarifləndirmə işləri aparılmalıdır.

Revmatik xəstəliklər ilkin mərhələdə passif gedişli olduğuna görə, özünü zəif formada biruzə verir. Ona görə xəstəliyin inkişaf etməsinin və xroniki formaya keçməsinin qarşısını almaq üçün simptomlara ciddi yanaşmaq lazımdır.

Revmatoloqun nəzarəti və müşahidəsi, immun statusun hərtərəfli müayinəsi, xəstəliyin ilkin dövründə düzgün müalicəsi, oynaqbirləşdirici toxumanın xəstəlikləri olan xəstələrin iş qabiliyyətini uzun müddət saxlamasına köməklik edir.

Revmatoloji xəstələrin müalicəsi mürəkkəb və uzun müddətli olur ki, bu da xəstələrdən intizamlısəbirli olmağı tələb edir. Revmatologiyada hər hansı bir səbəbdən asılı olmayaraq (soyuqdəymə, travma, infeksiya) müalicəyə xüsusi yanaşma tələb olunur və revmatoloji xəstələr üçün həkim-revmatoloq №1 sayılır.

Həkim-revmatoloq hər xəstəyə individual müalicə sxemi təyin edir (müalicəvi-profilaktik tədbirlər, oynaqdaxili inyeksiyalar).

Mütəxəssis müalicə planını hazırlayanda xəstənin yaşını, individual xüsusiyyətlərini, xəstəliyin dərəcəsini və yanaşı gedən xəstəlikləri və s. nəzərə alır.

Ehtiyac olunarsa, xəstəyə gündüz stasionarı şəraitində fizioterapiya, massaj, müalicə gimnastikası, manual terapiya, ozonoterapiya, iynəbatırma və s. təyin olunur.